Dünya

İspaniyada ermənilərdən ibarət mütəşəkkil dəstə saxlanıldı

10 Yanvar 2019 22:06
1 Şərh     Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyada danışılmış oyunlarla bağlı ermənilərdən ibarət mütəşəkkil dəstə saxlanılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə İspaniya Vətəndaş Qvardiyası məlumat yayıb.

Açıqlamada tennis üzrə danışılmış matçların təşkilində şübhəli bilinən Ermənistandan olan 15 nəfərlik mütəşəkkil dəstənin zərərsizləşdirildiyi bildirilir. İdmançılar da daxil olmaqla, daha 68 nəfərlə bağlı araşdırma aparılır.

Ümumilikdə, 83 nəfərdən 28-nin peşəkar idmançı olduğu vurğulanır. Dəstənin ən azı 2017-ci ilin fevralından fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, istintaq çərçivəsində İspaniyanın 9 əyalətində aparılan axtarışlar zamanı nağd şəkildə 167 min avro, bank kartları, tapança, bahalı maşınlar və zinət əşyaları müsadirə olunub. Həmçinin 42 bank hesabına və daşınmaz əmlaklara həbs qoyulub.

Həbs olunanlara qarşı mütəşəkkil dəstəyə üzv olmaq, korrupsiya, dələduzluq, "çirkli pullar"ın yuyulması, qanunsuz silah saxlamaq ittihamları irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.