Dünya

Rusiyada azərbaycanlı sürücünün başını yardılar

10 Yanvar 2019 21:57
0 Şərh     Baxış: 837

Rusiyanın Kazan şəhərində taksi sürücüsü olan 41 yaşlı Azərbaycan vətəndaşını döyən şəxs saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hadisə yanvarın 4-də Mavlyutova küçəsində qeydə alınıb.

"Naməlum şəxs tərəfindən döyülən Azərbaycan vətəndaşı açıq kəllə-beyin travması və boyun sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Polis hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı digər taksi sürücüsünü yaxalayıb. Məlum olub ki, o, aralarında baş verən mübahisədən sonra azərbaycanlıya başından xəsarət yetirib", - deyə Kazan polisindən bildirilib.

Faktla bağlı sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.