Dünya

PKK/YPG Rusiyadan mədət umur

10 Yanvar 2019 21:56
0 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Donald Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarından sonra kürd hərbi birləşmələri bütün ümidlərini Ruisyaya bağlayıblar".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.

Qəzet kürd mənbələrinə istinadən terrorçu YPG-PKK rəhbərliyinin Rusiyaya Suriya hökuməti ilə saziş bağlamaq üçün vasitəçi olmasından ötrü rəsmi müraciət etdiyini bildirib. Bununla terror təşkilatı Türkiyənin mümkün hücumundan özünü qorumaq istəyir.

"Bütün bunlar Rusiyanın Suriyada dominantlıq edən tərəfə çevrildiyini göstərir", - deyə "The Washington Post"un məqaləsində qeyd olunub.

Təşklatın rəhbərlərindən Saleh Müslümün qəzetə bildirdiyinə görə, Moskva hələlik kürdlərin Suriya hökuməti ilə anlaşması üçün üzərinə heç bir öhdəlik götürməyib.

"Biz "yol xəritəmizi" ruslara göstərdik. İndi isə onların qərarını gözləyirik" - deyə Saleh Müslüm söyləyib.

Terror təşkilatının liderinin sözlərinə əsasən, onların təklifi Suriyanın 2012-ci ildən bu yana ilk dəfə PKK/YPG tərəfindən nəzarət edilən ərazilərdə suverenliyinin bərpasını nəzərdə tutur. Lakin bunun müqabilində kürdlər muxtariyyat istəyirlər.

"Rusiya hələlik nə Türkiyəyə, nə də YPG/PKK-ya hər hansı yardım vəd etməyib", - deyə məqalədə yazılıb.

Qəzet ən sonda yanvar ayında Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Moskvaya səfər edəcəyinə diqqət çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.