Dünya

Yunanıstanda mitinq keçirmək qadağan olundu

10 Yanvar 2019 16:53
0 Şərh     Baxış: 311

Yunanıstan polisi Almaniya kansleri Angela Merkelin ölkəyə səfəri zamanı paytaxt Afinada mitinq keçirməyi qadağan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, polisin xəbərdarlığına baxmayaraq, Yunanıstanın solçu partiyaları marş keçirməyi planlaşdırır.

Qeyd edək ki, Almaniya kanslerinin bu gün Yunanıstana səfər edəcəyi gözlənilir. İkigünlük səfər proqramında A.Merkelin Yunanıstanın baş naziri Aleksis Siprasla danışıqlar keçirəcəyi və görüşdən sonra mətbuat konfransında çıxış edəcəyi planlaşdırılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.