Dünya

İran gələn həftə kosmosa iki süni peyk göndərəcək

11 Yanvar 2019 04:30
1 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran dövləti gələn həftə öz hərbi sənayesinin istehsalı olan raketlə kosmosa iki süni peyk göndərəcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkənin keçmiş dövlət başçısı Əli Əkbər Haşimi Rəfsancaninin vəfatının ikinci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, bu gün İran müdafiə sahəsində ən son nailiyyətlərə malik silah istehsalı ilə məşğuldur. İran Prezidentin sözlərinə görə, hərbi sənayenin inkişafının əsası mərhum ölkə başçısı Rəfsancaninin hakimiyyəti illərində qoyulub. İran bu sahədə artıq çox irəliləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.