Dünya

İranda qar yolları bağladı

10 Yanvar 2019 15:13
0 Şərh     Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qar və çovğun İranın Zəncan vilayətində 50 kəndin yolunu bağlayıb. İranın Mazandaran vilayətində isə güclü qar yağması nəticəsində 30 kəndin rayonla əlaqəsi kəsilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Zəncan vilayəti Yol və Yol Nəqliyyatı Baş İdarəsi rəisinin müavini Cavad Yusifi deyib.

İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi ötən 24 saat ərzində 9 vilayətdə, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, İsfahan, Çahar-Mahal və Bəxtiyari, Kürdüstan, Kohgiluyə və Buyir-Əhməd və Mazandaran vilayətlərində güclü qar və çovğunun olduğunu bildirib.

30 dağlıq ərazidə 2 083 nəfərə yardım edilib, 515 nəfər müvəqqəti yerlərdə yerləşdirilib. 3 nəfər tibbi məntəqələrə aparılıb.

Səlimi 198 avtomobilin qardan çıxarıldığını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.