Dünya

Yəməndə hərbi parada hücum olub: 6 hərbçi ölüb, 20-si yaralanıb - YENİLƏNİB - FOTO

10 Yanvar 2019 17:06
0 Şərh     Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:06

Yəmənin Lahic şəhərindəki Əl-Aned hərbi bazasında paradın pilotsuz uçan aparatla (PUA) vurulması nəticəsində 6 hərbçi ölüb, 20-yə yaxın hərbçi isə yaralanıb.

Milli.Az report-a istinadən bildirir ki, bu məlumatı "Sky News Arabia" telekanalı yayıb.

Bildirilib ki, yaralananlar arasında Lahic əyalətinin qubernatoru Əhməd Abdulla ət-Turki və 4-cü hərbi dairənin komandanı general-mayor Məhəmməd Saleh Tammah, paradı işıqlandıran jurnalistlər də var.

Parada hücumu qiyamçı husilər edib.

----------
13:38

Yəmənin cənubundakı Lahc əyalətində baş vermiş hücum nəticəsində 5 hərbçi həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum husi üsyançılarına məxsus pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib.

Qeyd olunur ki, hücum zamanı əl-Anad hərbi bazasında hərbi parad keçirilirmiş.

Hücum nəticəsində bir neçə hərbçi və məmur, o cümlədən Yəmən Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, hərbi kəşfiyyat rəhbəri, hərbi polis rəisi və əyalət qubernatoru yaralanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.