Dünya

In Trampla gələcək görüşünün məqsədini açıqladı

10 Yanvar 2019 12:35
0 Şərh     Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

KXDR lideri Kim Çen In Donald Trampla keçirəcəyi ikinci görüşdə bütün dünya ictimaiyyətinin doğruldacağı nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, In bu bəyanatı Çin lideri Si Cinpinlə keçirdiyi görüşdə səsləndirib.

Şimali Koreya lideri rəsmi Pxenyanın Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə işləri davam etdirəcəyini vurğulayıb.

"İkinci KXDR-ABŞ zirvə toplantısından beynəlxalq ictimaiyyətin dəstəkləyəcəyi nəticələrə nail olmaq üçün Şimali Koreya  əlindən gələni edəcək", - deyə Kim Çen In bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.