Dünya

Gürcüstanda daha bir nəfər qripdən ölüb

10 Yanvar 2019 11:23
0 Şərh     Baxış: 359

Gürcüstan paytaxtı Tbilisidə 22 yaşlı gənc qadın qrip virusundan ölüb.

Milli.Az report-a istinadən bildirir ki, o, bir həftə öncə qripin törətdiyi ensefalit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bir neçə gün ərzində qadın süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, gəncin həyatını xilas etmək olmayıb.

Qadının "donuz qripi"ndən ölməsi ehtimal olunur. Ölümün dəqiq səbəbi ekspertizadan sonra müəyyən olunacaq.

Dünyasını dəyişən qadının tibb fakültəsinin tələbəsi olduğu və virusa növbədə qaldığı xəstaxanada yoluxduğu bildirilib. Onun yaş yarımlıq övladı olduğu bildirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.