Dünya

400-ə yaxın reys təxirə salınıb - Almanlar tətilə başlayıb

10 Yanvar 2019 12:02
0 Şərh     Baxış: 609

Almaniyada 3 hava limanının mühafizə xidmətlərinin əməkdaşları əməkhaqqlarının azlığına etiraz olaraq tətilə başlayıblar.

Milli.Az report-a istinadən bildirir ki, Köln, Ştutqart və Düseldorf hava limanlarını qoruyan mühafizəçilər işə çıxmaqdan imtina ediblər.

Onlar maaşlarının artırılmasını tələb edirlər. Etiraz aksiyası nəticəsində təkcə Düsseldorf şəhərindəki hava limanında 350-370 reys, tətil keçirməmələrinə baxmayaraq, Berlində də bir sıra reyslər təxirə salınıb.

Hazırda Almaniyanın hava limanlarında işləyən təhlükəsizlik xidməti əməkdaşları bir saata 15-17,05 avro əməkhaqqı alırlar. Etiraz aksiyasının təşkilatçısı "Verdi" Həmkarlar İttifaqı bu rəqəmin azı 20 avroyadək artırlmasını tələb edir.

Qeyd edək ki, Almaniyanın Berlin şəhərinin Tegel və Şenefeld hava limanları təhlükəsizlik xidmətinin əməkdaşları yanvarın 7-də səhər saatlarında etiraz tətili keçirmişdilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.