Dünya

Gürcüstanda faciəli şəkildə ölən azərbaycanlının FOTOsu - Bir neçə ay öncə övladı doğulmuşdu...

10 Yanvar 2019 10:34
0 Şərh     Baxış: 3 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda azərbaycanlıların da olduğu ağır qəza baş verib. Belə ki, təcili tibbi yardımın sürücüsünün idarəetməni itirməsi nəticəsində qəza olub.

Təcili tibbi yardım maşını "Redix" şirkəti tərəfindən aparılan tikintinin yanında yerləşən fəhlələr üçün nəzərdə tutulan kabinəyə çırpılıb. Nəticədə  avtomobil səkidə dayanan azərbaycanlı işçiləri vurub. Çavçavadze prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər dünyasını dəyişib, 12 nəfər yaralanıb.

Milli.Az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, qəzada ağır xəsarət alaraq dünyasını dəyişən azərbaycanlıdır. Bolnisi rayonundan olan 25 yaşlı Babək Həsənov uzun müddətdir ki, qəzanın baş verdiyi ərazidəki tikintidə fəhlə işləyirmiş. Mərhumun üçü azyaşlı övladı var. Ən kiçik övladı bir neçə ay öncə dünyaya gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.