Dünya

Məşhur müğənni cinsi əlaqə təriqəti qurub: Qızları zorlayır və evlərə həbs edir - İDDİA

10 Yanvar 2019 10:55
0 Şərh     Baxış: 2 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı müğənni R.Kelli haqqında yeni iddia ortaya atılıb.

Milli.Az ölkə.az-a istindən bildirir ki, bir sənədli filmdə müğənninin cinsi əlaqə təriqəti qurduğu iddia edilib. Bildirilir ki, Kelli qızları təriqətə cəlb edir, onları zorlayır və evlərə həbs edir.

1996-cı ildə "İ belive i can fly" mahnısı ilə dünyada məşhurlaşan Kelli bu çərçivədə Atlanta və Çikaqoda 18-31 yaş arası 6 qadını cinsi məqsədləri üçün istifadə etdiyi də iddialar arasındadır. 2017-ci ildə Jokelin Savaj adlı bir qızın ailəsi övladlarının beyninin "yuyulduğunu" və zor gücü ilə aparıldığını iddia edərək şikayət etmişdi. FTB isə qızın yetkinlik yaşına çatdığını və itkin xəbərini rədd etmişdi.

İddialara görə, müğənninin mətbuat katibi Don Rassel Jokelinin ailəsinə zəng edərək Kelli haqqında mənfi fikirlər səsləndirəcəkləri halda, pis nəticələr olacağını deyib. Sənədli filmdə başqa bir açıqlamanı müğənninin keçmiş asistenti və meneceri Demetrius Smit verib. Smit bildirib ki, bir vaxtlar 15 yaşı olanda müğənni Aliya və Kelli sevgili olub və onları bir avtobusda görüb. O, hətta 1994-cü ilin 31 avqust tarixində saxta sənədlə Aliyanın yaşını böyüdərək cütlüyün evləndiyini də iddia edib. Bir jurnal nikah şəhadətnaməsinin fotusunu yayımlasa da, 22 yaşında təyyarə qəzasında həlak olan Aliyanın anası iddiaları rədd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.