Dünya

Maduro həmkarını şeytan adlandırdı

10 Yanvar 2019 09:10
0 Şərh     Baxış: 388

Venesuela prezidenti Nikolas Maduro Kolumbiyanın dövlət başçısı İvan Dukeni "mələk üzlü şeytan" adlandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Maduro mətbuat konfransında bildirib.

"Bu şeytan mələk üzü ilə bütün Venesuelaya qarşı çıxır. Çünki Kolumbiya oliqarxiyası Venesuela xalqına nifrət edir", - deyə Maduro bildirib.

Maduronun sözlərinə görə, qruplaşma üzvlərinin ötən ilin 4 avqustunda ona qarşı yönəldilmiş uğursuz sui-qəsdi Kolumbiya ərazisində hazırlanıb.

"Onlardan xahiş etdik ki, sui-qəsdçiləri həbs etsinlər. Cavab sükutdur. Onların (Kolumbiya hakimiyyətinin - red) etikası və əxlaqı yoxdur", - Maduro qeyd edib. 

Venesuela prezidenti Nikolas Maduro daha əvvəl ölkə televiziyasının efirində bildirib ki, Milli Assambleyanın yeni başçısı Xuan Quaido ABŞ-ın agentidir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.