Dünya

Suriyada Britaniyanın 5 hərbçisi həlak olub

10 Yanvar 2019 08:50
0 Şərh     Baxış: 427

Suriyada İŞİD silahlılarının atdığı raket nəticəsində Britaniyanın 5 hərbçisi həlak olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə mənbələrə istinadən "al-Watan" qəzeti xəbər verib.

Xəbərdə vurğulanır ki, həlak olan hərbi qulluqçular beynəlxalq koalisiya qüvvələrinin tərkibinə daxil idilər.

Raket zərbəsi nəticəsində həmçinin bir neçə nəfər də xəsarət alıb. Onlar əş-Şadadi (Hasaka əyaləti) xəstəxanasına çatdırılıblar. Yaralıların sayı açıqlanmır.

Ötən gün Suriyanın Hama şəhərində terrorçular tərəfindən quraşdırılan minanın partlaması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.