Dünya

ABŞ Somaliyə hava zərbələrini artırıb

10 Yanvar 2019 08:40
0 Şərh     Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Somalidə fəaliyyət göstərən "Aş-Şabab" terror təşkilatının obyektlərinə hava zərbələrini artırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRICOM) məlumat yayıb.

Məlumata görə, ötən gün Bay rayonu ərazisinə endirilmiş hava zərbəsi nəticəsində qruplaşmanın 6 döyüşçüsü, iki gün əvvəl Bağdaad bölgəsində keçirilmiş əməliyyat zamanı isə 4 silahlısı zərərsizləşdirilib.

ABŞ hərbçiləri son həftə ərzində Somaliyə 5 hava zərbəsi endirib. Nəticədə "Aş-Şabab" qruplaşmasının 26 silahlısı zərərsizləşdirilib.

Yanvarın 7-də ABŞ-ın Somaliyə endirdiyi hava zərbəsi nəticəsində "Aş-Şabab" terror qruplaşmasının 6 yaraqlısı məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.