Dünya

ABŞ Rusiya hərbi peykinin məhv olduğunu bildirib

10 Yanvar 2019 08:20
1 Şərh     Baxış: 823

Rusiyanın 2007-ci ildə buraxılmış "Kosmos-2430" kosmik aparatı orbitdən çıxıb və atmosferdə yanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Şimali Amerikanın Kosmik Hava Müdafiəsi Birləşmiş Komandanlığı (NORAD) bildirib.

Onun məlumatına görə, peyk yanvarın 5-də öz orbital mövcudluğunu başa vurub.

Qeyd edilir ki, "Kosmos-2430" sistemləri 2007-ci ilin oktyabrında kosmik orbitə çıxarılıb. Onun işə salması Plesetsk kosmodromdan "Molniya-M" raket daşıyıcısı tərəfindən həyata keçirilib.

Daha əvvəl ABŞ-ın Florida ştatında "Falcon 9" raket daşıyıcısı Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri üçün ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxılıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Raul · 10 Yanvar 18:5400

    Yanlış başlıq yazılır. Sadəcə vaxtı çatıb. Orbitə çıxıb yanıb. Bu təbiidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.