Dünya

"Polietilen paketlərə müharibə elan edirik" - Ərdoğan

10 Yanvar 2019 08:28
0 Şərh     Baxış: 905

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə plastik paketlərə qarşı "müharibə"nin başlandığını elan edib və ekoloji cəhətdən daha təmiz paketlərin və çətənə parçasından olan tor zənbillərin istehsalına çağırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə o, yerli özünüidarə problemləri üzrə simpoziumda bildirib.

"Plastik paketlər yerdə 500, 750 və 1000 il ərzində çürümək bilmir. Biz qətiyyətlə onlara qarşı müharibə elan edirik", - deyə Ərdoğan qeyd edib.  

O, xatırladıb ki, bir zamanlar valideynləri tor zənbillərdən istifadə edirdilər. Alış-veriş etdikdən sonra həmin zənbilləri atmır, yuyur və yenidən istifadə edirdilər.

Qeyd edək ki, Türkiyə hökumətinin qərarı ilə bu il yanvarın 1-dən plastik paketlər ölkənin bütün ticarət köşklərində pullu olub. Ölkədə həmçinin Əminə xanım Ərdoğanın himayəsi altında "Sıfır tullantı" layihəsi həyata keçirilir.

Daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva da bildirib ki, Azərbaycanda birdəfəlik plastik torbaların istifadəsi qadağan olunacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.