Dünya

Təyyarə qəzaya uğrayıb, ölən var - YENİLƏNİB

9 Yanvar 2019 23:25
0 Şərh     Baxış: 1 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:25

İspaniyada qəzaya uğramış təyyarənin heyət üzvlərindən birinin cəsədi tapılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Basklar ölkəsinin Fövqəladə Xidmətlərinin əməkdaşları bildiriblər.

Qeyd edək ki, təyyarə ölkənin dağlarında, günorta saatlarında qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 2 heyət üzvü olub. Lakin onların aqibəti məlum deyildi. Bir qədər sonra heyət üzvlərindən birinin cəsədi aşkarlanıb. 

---------

21:36

İspaniyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az report-a istinadən bildirir ki, qəza ölkənin şimalında qeydə alınıb. Hadisə zamanı təyyarədə 2 nəfər olub.

Polis bir neçə saat sonra təyyarənin qalıqlarını Ernio dağlarında aşkar edib. Lakin təyyarənin heyət üzvlərinin yeri məlum deyil. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.