Dünya

Səudiyyə Ərəbistanında 15 yaşınadək evlənmək qadağan olunacaq

9 Yanvar 2019 20:54
0 Şərh     Baxış: 784

Səudiyyə Ərəbistanının məşvərət məclisi olan Məclis əş Şura 15 yaşına çatmamış yeniyetmələrin nikaha girməsinin qadağan olunması ilə bağlı tələb irəli sürüb.

Milli.Az report-a istinadən bildirir ki, Şuranın "Twitter"dəki səhifəsində bu barədə məlumat verilib.

"İstər qız olsun, istərsə də oğlan, 15 yaşına çatmamış şəxslərlə nikah bağlamaq qadağan olunmalıdır", - məlumatda qeyd olunub.

Bununla yanaşı, qurum 18 yaşına çatmamış yeniyetmələrin nikah məsələlərini ixtisaslı məhkəmələrə həvalə olunmasına razılıq verib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.