Dünya

ABŞ vətəndaşı 6 aydır İranda həbsdədir - FOTO

9 Yanvar 2019 19:37
2 Şərh     Baxış: 569

İran 6 aya yaxındır 46 yaşlı ABŞ vətəndaşı Maykl Uaytı saxlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, o, 2018-ci ilin iyulunda qızına baş çəkmək üçün İrana uçub.

Bildirilib ki, ABŞ-ın Kaliforniya ştatının sakininin nədə ittiham olunduğu məlum deyil.

Maykl Uaytın anası bildirib ki, oğlu iyulun 27-də qayıtmalı imiş: "Oğlum xərçəng və astma xəstəsidir. Onu çox görmək istəyirəm".

ABŞ Dövlət Departamentindən CNN telekanalının sorğusuna cavab olaraq bildirilib ki, M.Uaytın xaricdə saxlanılmasından xəbərdardırlar: "ABŞ vətəndaşının təhlükəsizliyi bizim üçün vacib məsələdir".

Məlumata görə, İran ABŞ-ın daha 3 vətəndaşını saxlayıb. Onlardan biri 12 ilə yaxındır İranda itkin düşüb.

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo ötən ilin dekabrında "Twitter" səhifəsində ölkəsinin vətəndaşlarının İranda saxlanılmasına görə Tehran hakimiyyətini günahlandırıb: "İran hakimiyyəti girov götürdüyü ABŞ vətəndaşları Robert (Bob) Levinson, Siyamək Nəmazi və Jiao Vanqı dərhal azadlığa buraxmalıdır".

Xatırladaq ki, 2007-ci ilin mart ayında ticarət məqsədilə İslam Respublikasına səfər etmiş Federal Təhqiqat Bürosunun keçmiş əməkdaşı Robert Levinson İranın Kiş adasında yoxa çıxıb. Rəsmi Tehran onunla bağlı məlumatsız olduğunu iddia edir. Levinsonun bu fotosunun İran həbsxanasında çəkildiyi bildirilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Nizami /Azərbaycan/ · 9 Yanvar 21:1200

    Təbii ki əgər kimsə (ölkə fərqi yoxdur) haradansa İrana (ya digər ölkəyə) səfər edib və oranın qanunlarını pozmayıb o buraxılmalıdır. Əgər buraxmırlarsa onda səbəbini deməlidirlər. Əgər buraxmırlar və səbəbi yoxdur aydındır ki həmin ölkə cəzalandırıla bilər.. Bu günə kimi 30 ildir məs ABŞ in (və digər "Minsk Qrupu" üzvlərin) faşist işğalçı ermənistana yardımçı mövqeylərinə görə MİNLƏRLƏ GÜNAHSIZ Azərbaycanlı əsir və girov səbəbsiz ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində saxlanılır, onlara işgəncələr verilir amma bunlar heç bir məsuliyət daşıyan beynəlxalq qurumu ya ölkəni qəti MARAQLANDIRMIR!! Etiraf olunmalıdır ki burada ümumiyyətlə İslam ölkələrin həmrəyliyi də lazımi yerdə görünmür.

    Cavab yaz
    • Anonim
      PRiNS · 10 Yanvar 23:2800

      "islam ölkelerinin hemreyliyi" kifayet qeder besit, miskin ve gülünc sözdür. Uydurma ifadedir. Düşünülmeden, menasına (menasızlığına) varılmadan deyilmiş boş kelmedir...

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.