Dünya

Fransada qırıcı təyyarə qəzaya uğrayıb - YENİLƏNİB

9 Yanvar 2019 20:12
0 Şərh     Baxış: 619

20:12

Bu gün səhər saatlarında Fransada havaya qalxdıqdan az sonra radarlardan itən "Mirage2000" tipli qırıcı təyyarəsinin parçaları aşkar edilib.

Milli.Az bildirir ki, "Report" "L'Est Republicain"ə istinadən xəbər verir ki, qalıqlar ölkənin şərqindəki Duq və Yura departamentləri arasındakı sərhədə yaxın ərazidə tapılıb. 

Xilasedicilər təyyarə parçaları ilə yanaşı, paraşüt və xəritə də aşkarlayıblar. Təyyarənin iki nəfər heyət üzvünün axtarışları davam edir. 

Axtarışlara helikopter də cəlb edilib.

----------
18:55

Fransanın şimal-şərqindəki Nansi Oşey hava bazasından bu gün səhər qalxan "Mirage2000" tipli qırıcı təyyarəsi bir qədər sonra Yura dağları üzərindən uçarkən radarlardan itib.

Milli.Az report-a istinadən xəbər verir ki, təyyarədə 2 nəfər heyət olub.

Duq və Yura departamentlərinin sakinlərinə itən təyyarə barədə hər cür xəbəri çatdırmaq barədə müraciət ünvanlanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.