Dünya

Məşhur iş adamının arvadını hamamda çimərkən qaçırıblar - FOTO

9 Yanvar 2019 18:37
0 Şərh     Baxış: 3 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveçdə qaçırılan 68 yaşlı Anne-Elisabeth Falkevik Hagen adlı qadının məşhur multimilyoner iş adamının arvadı olduğu deyilir. 

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın davam etdiyini bildirən norveç polisi cinayətkarların qaçırdıqları qadını sərbəst buraxmaları üçün 9 milyon avro tələb etdiyini bildiriblər.

Qeyd edək ki, Hagen oktyabr ayında Osloda yoxa çıxmışdı.

Hagenin çimərkən evinin vanna otağından qaçırıldığını bildirən polislər bəzi ipucları əldə etdiklərini qeyd ediblər.

Norveçli multimilyoner iş adamı Tom Hagen ölkənin ən zənginlərindən hesab edilir. Osloda yaşayan cütlük gözden uzaq bir həyat yaşayırdı.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.