Dünya

"Fitch" ABŞ-a xəbərdarlıq etdi

9 Yanvar 2019 17:58
0 Şərh     Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fitch" reytinq agentliyi ABŞ-a suveren kredit reytinqinin mümkün azaldılması ilə bağlı xəbərdarlıq edib.

Milli.Az bildirir ki, bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Bu, hökumətin fəaliyyətinin dayandırılması səbəbindən ölkənin borcunun maksimum dəyərə çatacağı halda baş verəcək.

"Şatdaun"un martın 1-dək davam edəcəyi və borc həcminin bir neçə ay sonra problem yaradacağı halda, ola bilsin, siyasətimizi yenidən nəzərdən keçirmək barədə düşünmək məcburiyyətində qalaq", - "Fitch"dən qeyd ediblər.

Qeyd olunur ki, belə vəziyyətdə agentlik ABŞ-ın kredit reytinqini yenidən nəzərdən keçirə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.