Dünya

Gürcüstanda 600-dən çox insan qrip virusu ilə xəstəxanaya yerləşdirilib

9 Yanvar 2019 16:01
0 Şərh     Baxış: 1 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda 640-a yaxın şəxs qrip virusu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri David Sergeenko məlumat verib.

O deyib ki, pasiyentlərin 39-u Reanimasiya şöbəsindədir: "Bu günə olan məlumata görə, dünənə nisbətən göstəricilər yaxşıdır. Xəstəxanaya yerləşdirmə halları, təxminən, 100 hal azalıb. Bu, yaxşı dinamikadır. Virusa yeni yoluxanların sayı azalsa da, xəstəliyə yoluxanların vəziyyəti ağır olaraq qalır".

Qripə görə uşaq bağçaları və məktəblərin bağlanmasına gəlincə, D.Sergeenko məsələ ilə bağlı məsləhətləşmələrin aparıldığını bildirib.

Qeyd edək ki, Gürcüstanda "donuz qripi" adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Ölkədə bu virusa 158 yoluxma halı təsdiqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.