Dünya

Avstriyada bu tarixdən polietilen torbaların istifadəsi QADAĞAN EDİLƏCƏK

9 Yanvar 2019 21:30
1 Şərh     Baxış: 391

Avstriyada 2020-ci ildən etibarın polietilen torbalardan istifadə olunmayacaq.

Milli.Az xəbər verir ki, ölkədə plastik tullantıların azaldılması və ətraf mühitin qorunması məqsədi ilə polietilen torbaların istifadəsi qadağan ediləcək.

Bu barədə baş nazir Sebastiyan Kruz paytaxt Vyanada bəzi nazirlər, iş adamları və qeyri-hökumət təşkilatları sədrlərinin qatıldığı toplantıdan sonra təşkil edilən mətbuat konfransında informasiya verib.

Onun sözlərəinə görə, ölkədə "istifadə et, at" anlayışının qarşısı alınacaq.

Ekologiya və turizm naziri Yelizaveta Köstinqer isə bu addımın kiçik, lakin əhəmiyyətli olduğunu vurğulayıb. O, ölkə miqyasında təxminən, 400 milyon polietilen torbadan istifadə edildiyini, bunun toplamda 7 min ton plastik maddəyə bərabər olduğunu bildirib. Nazir deyib ki, bundan sonra qalıcı və təkrar istifadəyə yararlı torbalardan istifadə ediləcək.

Bu qərar ölkədə bəzi dairələri narahat edib. Pərakəndə market şəbəkələri hökumətə sərt reaksiya verib.

Qeyd edək ki, 1 yanvar 2019-cu il tarixindən Türkiyədə polietilen torbaların satışı ödənişli olub. Buna səbəb ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anonim · 10 Yanvar 00:2800

    Bu meselenin hell yolu deyil

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.