Dünya

2018-ci ilin ən böyük maddi zərərə səbəb olmuş təbii fəlakəti - 16,5 milyard dollar

9 Yanvar 2019 17:26
0 Şərh     Baxış: 432

ABŞ-ın Kaliforniya ştatında ötən il baş verən meşə yanğını 2018-ci ilin ən böyük maddi zərərə səbəb olan təbii fəlakətidir.

Milli.Az qaynarinfo-a istinadən xəbər verir ki, Almaniyanın "Munich RE" sığorta şirkəti 8 noyabrda başlayan meşə yanğınlarının 16,5 milyard dollara başa gəldiyini açıqlayıb. Zərərin 12,5 milyardı sığortalanıb. Kaliforniya tarixinin ən böyük yanğını kimi tarixə düşən, "Paradise" qəsəbəsindən başlayan yanğın 14 min ev, 500-dən çox iş yeri, 4300 binanı külə çevirib, 80-dən çox insanın ölümünə səbəb olub. 

Ən çox zərərə səbəb olan 2-ci təbii fəlakət isə Floridada müşahidə edən Maykl qasırğası olub və 16 milyard dollar zərər verib. 

2018-ci ildə baş verən təbii fəlakətlər ölkələrə ümumilikdə 160 milyard dollar zərər vurub. 2017-ci ildə bu rəqəm 350 milyard dollar idi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.