Dünya

ABŞ dövlət katibi İraqda səfərdədir

9 Yanvar 2019 16:25
0 Şərh     Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın dövlət katibi Mayk Pompeo elansız Bağdada gəlib.

Milli.Az bildirir ki, "Report" "Al Sharq al Awsat"a istinadən xəbər verir ki, amerikalı qonaq hazırda parlament sədri Məhəmməd əl Əblusi ilə görüş keçirir.

"Al Jazeera" ABŞ dövlət katibi M.Pompeonun Baş nazir Adil Əbdül Mehdi və başqa rəsmi şəxslərlə də görüşəcəyini bildirib. 

"Thenational.ae" xəbər verir ki, M.Pompeo ilə İraq rəsmiləri arasında söhbətin əsas mövzusu İŞİD ilə mübarizə məsələsidir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti M.Pompeonun yanvarın 8-15 tarixlərində İordaniya, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, Oman və Küveytə səfər edəcəyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.