Dünya

Çinin valyuta ehtiyatları 3 trilyon dolları ötüb

9 Yanvar 2019 21:00
0 Şərh     Baxış: 419

Çin Xalq Respublikasının Dövlət Valyuta Nəzarəti İdarəsinin (DVNİ) açıqladığı məlumata görə, 2018-ci il dekabrın sonuna olan vəziyyət göstərir ki, Çinin valyuta ehtiyatları noyabrın sonu ilə müqayisədə 11 milyard dollar, yaxud 0,4 faiz artaraq 3 trilyon 72,7 milyard dollar təşkil edib.

2018-ci ilin dekabrında Çinin ödəmə balansı sabit meylini qoruyub saxlayıb, valyuta bazarında tələb və təklif arasında tarazlıq müşahidə edilib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu ÇXR DVNİ-nin rəsmi nümayəndəsi, böyük iqtisadçı Van Çunyin bildirib.

İlin sonunda digər əsas valyutaların ABŞ dollarına nisbətdə mübadilə məzənnəsi bir qədər artıb, aparıcı ölkələrdə aktivlərin qiyməti bahalaşıb, mübadilə məzənnəsinin konversiyasının, aktivlərin qiymətlərinin və digər amillərin uyğunlaşması ilə əlaqədar olaraq valyuta ehtiyatlarının miqyası bir qədər bərpa olunub. V.Çunyin deyib: "ABŞ dollarının dəyərdən düşməsi və qiymətli kağızların bahalaşması Çinin qızıl-valyuta ehtiyatlarının həcminə təsir göstərib".

"China Finance 40 Forum" analitika mərkəzinin böyük elmi əməkdaşı Quan Tao hesab edir ki, dekabrda valyuta ehtiyatlarının həcminin artmasına əsasən hesablama amilləri təsir göstərib.

V.Çunyin deyib: "Bütün 2018-ci il ərzində valyuta ehtiyatlarının miqyasında müəyyən dəyişmələr olub, lakin ümumən sabit qalıb". O qeyd edib ki, qlobal iqtisadi inkişaf və differensiasiya, habelə maliyyə bazarlarının volatilliyinin xeyli artması şəraitində Çin iqtisadiyyatı sabit inkişaf etməkdədir, yuanın mübadilə məzənnəsi və bazarın gözləntiləri bütövlükdə sabitdir, transsərhəd kapital axını və beynəlxalq ödəmə balansı əsasən tarazlıdır və Çinin valyuta ehtiyatlarının sabitliyinin etibarlı təminatçısıdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.