Dünya

Böyük Britaniyada dronların uçuşunun qadağan edildiyi zonalar genişləndirilir

9 Yanvar 2019 23:10
0 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın nəqliyyat naziri Kris Qreylinq pilotsuz uçuş aparatlarının uçuşu qadağan edilmiş sahələri genişləndirəcəklərini açıqlayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, icmalar palatasında çıxış edən nazir hava limanlarının ətrafında qadağan edilmiş ərazilərin 5 kilometrədək genişləndiriləcəyini söyləyib.

O bildirib ki, 250 qramdan 20 kiloqrama qədər olan bütün pilotsuz uçuş aparatları qeydə alınacaq və polisə yeni səlahiyyətlər veriləcək. Bununla da gələcəkdə baş verə biləcək hər hansı bir xoşagəlməz halın qarşısını almaq mümkün olacaq.

Qeyd edək ki, ötən ilin dekabrında paytaxt Londondakı ikinci ən böyük hava limanı olan Qatvik yaxınlığında havaya qaldırılmış dron səbəbindən aeroportun işində fasilə yaranmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.