Dünya

Livana yağan qar çadır şəhərciyində yaşayan suriyalı qaçqınların vəziyyətini ağırlaşdırıb

9 Yanvar 2019 21:15
0 Şərh     Baxış: 510

Livanda çadır şəhərciyində yaşayan suriyalı qaçqınlar qarın yağması səbəbindən çətinliklərlə üzləşiblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, artıq bir neçə gündür ölkənin cənub hissəsinə 40 santimetrdən artıq qar yağıb. Çadır şəhərciyinə əlavə ərzaq və yanacaq məhsulları daşınmasına baxmayaraq, uşaqların donma təhlükəsi olduğu bildirilir. Hətta sosial şəbəkələrdə qaçqın düşərgələrində ölüm hallarının olduğu xəbəri yayılıb.

BMT-nin məlumatına görə, 2017-ci ildən etibarən Suriyadan Livana 997 min qaçqın gəlib. Bu ölkədə məskunlaşan suriyalı qaçqınlara 100-dən artıq beynəlxalq humanitar təşkilat tərəfindən yardımlar edilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.