Dünya

Çexiyada saxta universitetlər aşkar olunub

9 Yanvar 2019 22:52
0 Şərh     Baxış: 554

Çexiyada Təhsil Nazirliyindən lisenziyası olmayan xarici ölkə universitetləri və onların filialları fəaliyyət göstərir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu faktları aparılan yoxlamalar zamanı nazirliyin əməkdaşları aşkar ediblər.

Yoxlamaların nəticələrinə görə, akkreditasiya olunmalı olan ixtisasları təqdim etməyən altı universitet barəsində 200 min kron (8 min avro) cərimə cəzası tətbiq edilib. Akkreditə olunmayan ixtisaslar üzrə diplomlar verən iki universitet haqqında isə cinayət işi qaldırılıb.

Bir neçə təhsil müəssisəsinin müvafiq statusu olmadan özlərini "universitet" adlandırması da məlum olub. Nazirlik onların adlarını açıqlamayıb.

Təhsil Nazirliyinin məlumatına görə, Çexiyada qanuni fəaliyyət göstərən 16 xarici ali məktəb və onların filialları var.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.