Dünya

Aİ İrana qarşı sanksiyaları genişləndirdi - YENİLƏNİB

9 Yanvar 2019 16:57
0 Şərh     Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:57

Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı terror fəaliyyətində ittiham üzrə 2001-ci ildə tətbiq edilən sanksiyaları genişləndirib və müddətini bir il uzadıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Şuranın bəyanatında deyilir.

Sənəddə bildirilir ki, iki fiziki şəxs və bir struktur - İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Daxili təhlükəsizlik departamenti Aİ-nin antiterror siyahısına daxil edilib.

Beləliklə, Aİ-nin qara siyahısına İran üzrə 15 şəxs və 21 qurum salınıb. Bu sanksiya rejiminin Avropa İttifaqının İranın nüvə proqramının dinc xarakterli olduğuna zəmanət verən Birgə hərtərəfli Fəaliyyət Planının imzalanması nəticəsində ləğv etdiyi sanksiyalarla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Aİ ölkələri İranın güc strukturlarını mühacirətdə olan ölkə müxalifətinin nümayəndələrinə qarşı kampaniya aparmaqda ittham edir.

---------
14:49

Avropa İttifaqı terror fəaliyyəti ittihamı üzrə İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

Milli.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir. 

Agentliyin məlumatına görə, sanksiyalar siyahısına daha iki fiziki şəxsin adı, həmçinin İran Kəşfiyyat Nazirliyinin daxili təhlükəsizlik idarəsi daxil edilib.

Qeyd olunur ki, sanksiyalar bir müddətinə uzadılıb.

Daha əvvəl Avropa İttifaqının Danimarkada casus qalmaqalı ilə bağlı İrana qarşı yeni sanksiya tətbiq edəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.