Dünya

"Erməni xəstəliyi"nin növbəti ünvanı - Qazaxıstan

9 Yanvar 2019 22:49
0 Şərh     Baxış: 1 125

Ekspertlər deyir ki, Karaqanda hadisələri təsadüfən yaranmayıb 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Qazaxıstanın Karaqanda şəhərində ermənilər və qazaxlar arasında yaranmış münaqişə nəticəsində qazaxlı gəncin öldürülməsi ölkədə ciddi narazılığa səbəb olub. Məhz bu səbəbdən qazaxlar aksiya keçirərək öz etirazlarını bildiriblər. Əslində bu hadisə bir daha sübut edir ki, ermənilər harada yaşamalarından asılı olmayaraq, milli zəmində münaqişələrin yaranmasına rəvac verir və pozuculuq fəaliyyəti ilə məşğul olurlar. Lakin ermənilər öz genlərində olan problemləri görməzlikdən gələrək yaratdıqları problemlərdə başqalarını, hətta azərbaycanlıları günahkar çıxarmağa cəhd göstərirlər. Bəs görəsən ermənilər özlərində olan problemi niyə başqa xalqlarda axtarırlar?

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədovbildirdi ki, bu millətdə "erməni xəstəliyi" var və harada olsalar, orada bir cəmiyyət, terror təşkilatı kimi formalaşdırırlar: "Bununla da yaşadıqları ölkənin həm dövlətinə, həm də insanlarına qarşı müxtəlif səpkili cinayətlər törədirlər. Son dövrlərdə ABŞ-da, Amerika qitəsinin başqa ölkələrində, Fransada, İspaniyada, Almaniyada ermənilərin hansı işlərlə məşğul olduğu üzə çıxdı. Ermənilər o ölkələrdə silah alveri, narkomafiya, insan alveri və digər müxtəlif tipli cinayətkarlıqla məşğul olur və insanları qətlə yetirirlər. Ermənilər son 50-60 il ərzində Rusiya dövlətinin ərazisində də neçə dəfə terror hadisələri törədiblər. Eləcə də Şimali Qafqazda aborigen əhaliyə qarşı qətliamlar ediblər. Orta Asiyada, Türkmənistanda, Özbəkistanda neçə dəfə qanlı hadisələr həyata keçiriblər. Bu gün isə Qazaxıstanda Karaqanda hadisələri baş verir. Erməniləri həmişə himayə edən, onları məzlum millət kimi qəbul edən dövlətlərə, millətlərə və beynəlxalq qurumlara sübut olundu ki, bunlar heç də siz dediyiniz kimi deyil. Bunlar sözün həqiqi mənasında cinayətkarlıqla məşğul olan, qanunları pozan, terror törədən və yaşadıqları ölkəyə, millətə qarşı hər zaman xəyanət edən bir tör-töküntü dəstəsidir".
E.Məmmədov əlavə etdi ki, ermənilər Karaqanda hadisələri ilə növbəti dəfə özlərini ifşa etdilər və iç üzlərini açıb göstərdilər: "Biz həmişə onların kim olduqlarını, vəhşiliklərini bəyan edəndə, həmin dövlətlər, beynəlxalq təşkilatlarda dediklərimizi qəbul etmək istəmirdilər. Artıq bu hadisələr onların iç üzünü açıb göstərdi ki, həqiqətən ermənilər tarix boyu soyqırımları törədiblər, harada yaşayıblarsa, o dövlətə xəyanət ediblər. İndi ermənilər Karaqanda hadisələrini Sumqayıt olayları ilə müqayisə edirlər. Sumqayıtdakı hadisələri Qriqoryan və ətrafına topladığı ermənilər törətmədilərmi? Əslində 2016-cı ilin aprel hadisələrində, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Qazaxıstanın Azərbaycanı dəstəkləməsi ermənilərdə bir hiddət doğurub. Ona görə də ermənilər birbaşa olaraq Qazaxıstanın siyasi rəhbərliyinə qarşı çıxırlar və baş vermiş hadisədə bununla əlaqəlidir".

Politoloq Tofiq Abbasov bildirdi ki, insanlar arasında pozuculuq etmək ermənilərə xas xüsusiyyətdir: "Onlar harada olursa-olsunlar, həmişə naşükürlük, narazılıq edirlər və öz yerlərini bərkitmək üçün qondarma bir mübarizə qurumu təsis edirlər, ona uyğun hərəkətə keçirlər. Amma Karaqanda hadisələrində başqa bir cəhət görürəm. Bizə məlum olan hadisələrdən görürük ki, Ermənistanda anti-qazax meyli güclənir. Hələ bir neçə il əvvəl, Serj Sarkisyanın dövründə  Avrasiya İttifaqı formalaşanda, onun təsis konfransında ermənilər çalışdılar ki, işğal olunmuş Azərbaycan torpaqlarını da bu məkana qatsınlar. Lakin Qazaxıstan lideri Nursultan Nazarbayev buna etiraz etdi və Azərbaycan prezidenti İlham Əliyevin göndərdiyi məktubu da oxudu. Ermənistanı çıxmaq şərti ilə, bu ittifaqa daxil olan dövlətlərin hamısı həmin o mövqe ilə razılaşdılar ki, Ermənistanın işğal etdiyi torpaqlar Azərbaycana məxsusdur və müvəqqəti olaraq erməni silahlı qüvvələrinin nəzarətindədir. Ona görə də bu ərazilərin yeni formalaşan iqtisadi məkana qatılması mümkünsüzdür. Bu, Ermənistanda çox böyük qıcıq və narazılıq doğurdu. Həmin hadisədən dərhal sonra Ermənistanda Nursultan Nazarbayevin adı verilmiş küçənin adı dəyişdirildi və anti-qazax ruhiyyəsi formalaşmağa başladı. Eləcə də Nikol Paşinyanın dövründə Ermənistan çalışırdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katib məsələsində öz mövqeyini saxlasın. Halbuki rəsmi İrəvan özünün nümayəndəsi general Yuri Xaçaturovun geri çağırılması və istintaqa cəlb edilməsi ilə bağlı özü vəsatət qaldırmışdı. KTMT-də yenidən baş katib məsələsi qalxanda, Ermənistan yenə də özünü çox naqolay şəkildə apardı və narazılıq yaratdı. Buna görə də Qazaxıstan öz qəti münasibətini bildirdi və Ermənistan nümayəndəsinin yenidən baş katib olmasının mümkünsüzlüyünü açıqladı. Lakin ermənilər düşündülər ki, Qazaxıstan Ermənistana qarşı qərəzli mövqe tutur".

T.Abbasov indiki Karaqanda hadisələrində rəsmi İrəvanın dəsti-xəttini gördüyünü qeyd etdi: "Ola bilsin, xüsusi xidmət orqanlarının əməkdaşları hər hansı təxribata əl atırlar ki, Qazaxıstandakı daxili təhlükəsizliyi və sabitliyi pozsunlar, eləcə də gərginlik ocaqları yaratsınlar. Bununla da ermənilər özlərinin bir daha məkrli olmalarını büruzə verdilər. Bu məsələ təsadüfi deyil, proseslərin hamısı təşkil olunub. Ona görə də bu məsələdə suallar varsa da, onun cavabları da var. Çünki Qazaxıstan, xüsusilə bu ölkənin lideri Nursultan Nazarbayevlə bağlı Ermənistanda çox böyük narazılıq var. Əlbəttə ki, bu, haqsız narazılıqdır. Ancaq buna baxmayaraq, ermənilər çalışırlar ki, özlərini haqlı kimi göstərsinlər.

Bu proseslər niyə milli zəmində baş verir? Biz bilirik ki, Qazaxıstan çoxmillətli dövlətdir və burada yüzdən artıq etnosun nümayəndəsi yaşayır. Qazaxıstanda bərqərar olmuş bu konsensus, sabitlik, sülh şəraiti həqiqətən bu ölkənin böyük strateji qazancıdır. Bu məsələdə Nursultan Nazarbayev və onun komandası xeyli çalışıb. Burada Qazaxıstan Xalqlarının Assambleyası fəaliyyət göstərir və təşkilatda həmin o yüzdən artıq etnosun nümayəndəsi yer alır. Nursultan Nazarbayev birbaşa olaraq bu assambleyaya başçılıq edir. Hər dəfə bu assambleyadan Qazaxıstan parlamentinə, səhv etmirəmsə, 11 nəfər deputat seçilir. Bu qurumun Qazaxıstan cəmiyyətində xüsusi yeri var. Ona görə də Qazaxıstanda sabitliyin pozulması təsadüfi deyil və bu təxribatın üzərində çalışıblar. İstəyiblər ki, gərginlik yaratsınlar, milli zəmində iğtişaşlar olsun və s. Bu ölkədə milli zəmində baş verən hadisələrə hüquq-mühafizə orqanları dərhal reaksiya verir. Əslində nə baş verdiyindən bir çoxlarının xəbəri olmayacaq. Ancaq hesab edirəm ki, bu, təxribatdır və onun arxasında Ermənistan və onun xüsusi xidmət orqanları dayana bilər".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.