Dünya

Gürcüstanda qripə görə uşaq bağçaları və məktəblər bağlana bilər

9 Yanvar 2019 13:59
0 Şərh     Baxış: 375

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə qripə görə məktəb və uşaq bağçalarının bağlanması tövsiyə olunacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhəbri Paata İmnadze bildirib.

O deyib ki, bu həftə ərzində qrip virusunun yayılmasının azalma tendensiyası müşahidə olunur: "Məktəb və uşaq bağçalarının bağlanılması tələbi əsasən postsovet ölkələrinə aiddir. Bir sıra qərb ölkələrinin bununla bağlı təcrübəsi var. İnsanlar məktəb və uşaq bağçasından kənarda xəstələnmir? Bizim tövsiyə epidemioloji vəziyyətdən asılı olacaq. Hazırda 100 min nəfər əhaliyə 256 qrip virusuna yoluxma halı düşür. Bu həftə ərzində vəziyyət müşahidə olunacaq və ondan sonra təhsil sistemi ilə bağlı tövsiyəmiz olacaq".

Qeyd edək ki, Gürcüstanda "donuz qripi" adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Ölkədə bu virusa 158 yoluxma halı təsdiq olunub.

Hazırda uşaq bağçaları və məktəblərdə yanvarın 14-nə qədər qış tətilidir. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.