Dünya

Ermənistanda istintaq qrupunun keçmiş rəhbəri yenidən həbs edildi

9 Yanvar 2019 12:33
0 Şərh     Baxış: 400

Ermənistan paytaxtı Yerevanda 2008-ci il martın 1-də polisin müxalifətçilərə atəş açması hadisəsini araşdıran istintaq qrupunun keçmiş rəhbəri Vaaqan Arutyunyan yenidən həbs olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən bildiriblər. 

V.Arutyunyan ölkə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və vəzfiə səlahiyyətlərini aşaraq, silah və ya xüsusi vasitələrlə güc tətbiqinə qoşulmaq maddələri ilə ittiham olunur.

Yerevan məhkəməsi onun barəsindən həbs qətimkan tədbiri seçib. 

Qeyd edək ki, bu cinayət işi üzrə Ermənistanın Prezidenti (1998-2008) Robert Koçaryan, sabiq müdafiə naziri Mikale Arutyunyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturov da ittiham olunurlar. Onlar ölkənin Konstitusiya quruluşunu dəyişdirməkdə ittiham olunurlar.

R.Koçaryan 2018-ci ilin iyulunda həbs edilib.

Keçmiş müdafiə nazir barəsində axtarış elan olunub. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.