Dünya

Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib

8 Yanvar 2019 18:58
2 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda 10 nəfərdə "donuz qripi" aşkar edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan hadisəyə münasibət bildirərək onu bəsitləşdirməyə çalışıb: "Gəlin, buna "donuz qripi" deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb".

Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, yanvarın 8-də "donuz qripi" simptomları ilə 642 vətəndaş poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan ("donuz qripi") ölənlərin sayı 11-ə çatıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.