Dünya

Rusiyanın Ermənistandakı hərbi bazasının qarşısında etiraz aksiyası keçiriləcək

8 Yanvar 2019 13:56
0 Şərh     Baxış: 950

Yanvarın 12-də Rusiyanın Ermənistandakı hərbi bazasının qarşısında etiraz aksiyası keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu aksiyanın təşkilatıçısı olan Ermənistan Avropa Partiyasının Təşkilat Komitəsinin sədri Tiqran Xzmalyan "Facebook" səhifəsində yazıb.

O bildirib ki, aksiya Avetsyan ailəsinin qətlinin 4-cü ildönümünə, süpürgəçi Cülyetta Qukasyanın qətlə yetirilməsinin 40-cı gününə həsr edilib.

Qeyd edək ki, Gümrüdəki 102 saylı Rusiya hərbi bazanının hərbçisi Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi.

Xatırladaq ki, Rusiyanın 102 saylı hərbi bazasının 23 yaşlı hərbçisi 2018-ci il dekabrın 2-də 57 yaşlı süpürgəçi Cülyetta Qukasyana işgəncə verərək qətlə yetirməkdə şübhəli bilinir. Bu hadisə ilə bağlı istintaqı Rusiya Hərbi Prokurorluğunun müstəntiqləri aparır. C.Qukasyanın hüquqi varisi Rusiya hərbçisinin Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edir.  

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.