Dünya

Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB

7 Yanvar 2019 22:59
1 Şərh     Baxış: 1 635

22:59

Gürcüstanda A (H1N1) virusundan ("donuz qripi") 10 nəfər ölüb.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.

O qeyd edib ki, ölkədə qriplə bağlı vəziyyət nəzarət altındadır: "Hazırkı mərhələdə təlaş üçün əsas yoxdur. Vəziyyət tam olaraq nəzarət altındadır".

Qeyd edək ki, hazırda Gürcüstanda hər 100 min sakinə 256 qripə yoluxmuş şəxs düşür. Ötən həftə ilə müqayisədə virusa yoluxma hallarında 21 azalma qeydə alınıb.

---------

16:03

Gürcüstanın Poti şəhərində H1N1virusuna ("donuz qripi") yoluxan, təxminən, 40 yaşlarında qadın ölüb.

Milli.Az "report"-a istinadən bildirir ki, pasiyent Poti Şəhər Xəstəxanasına kəskin respirator infeskiya, pnevmaniya və tənəffüs çatışmazlığı diaqnozu ilə yerləşdirilib.

Tibb müəssisəsində aparılmış müalicəyə baxmayaraq, xəstənin halı pisləşib və o, ötən gün vəfat edib.

Hazırda Poti Şəhər Xəstəxanasında respirator infeskiya simptomları ilə 11 nəfər müalicə alır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə 8 nəfər "Donuz qripi"ndən ölüb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    LADY- L · 7 Yanvar 23:4210

    Donuz ilinin donuzsayagi surprizleri hele cox olacaq )

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.