Dünya

Gürcüstanda "Donuz qripi"nə görə bir neçə xəstəxana fövqəladə iş rejiminə keçib

7 Yanvar 2019 13:33
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda qrip virusunun geniş yayılması ilə bağlı Tbilisidə beş ilkin tibbi yardım müəssisəsi fövqəladə iş rejiminə keçib.

Milli.Az report-a istinadən xəbər verir ki, həmin xəstəxanalar bu gündən etibarən saat 10:00-dan 22:00-a qədər fəaliyyət göstərəcək.

Yanvarın 8-dən başlayaraq isə səhiyyə ocaqları 24 saatlıq iş rejiminə keçəcək.

Gürcüstanın Səhiyyə Nazirliyi əhaliyə müraciət edərək qripin ilk simptomları yaranan kimi dərhal həkimə müraciət etməyə çağırıb. Qurumdan bildirilib ki, ölkədə mövsümi qripin yayılmasının azalma tendensiyası müşahidə olunur.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda "Donuz qripi" adlandırılan H1N1 virusuna yoluxmadan 8 nəfər ölüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.