Dünya

Ermənistan ordusunun 7 hərbçisi ölüb

7 Yanvar 2019 04:30
4 Şərh     Baxış: 2 044

Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən ilin dekabr ayı ərzində qeyri-döyüş şəraitində düşmən ordusunun 7 hərbçisi həlak olub.

Hərbi qulluqçu Qor Sarkisyan naməlum şəraitdə aldığı güllə yarasından, Hayk Karamyan isə qar uçqunu nəticəsində ölüb. Eyni zamanda, yol-nəqliyyat qəzası nəticəsində 3 hərbçi də ölüb.

Dekabr ayında Ermənistan ordusunda ən qalmaqallı hadisə isə "Gümrü" aerodromunda təlim uçuşları yerinə yetirən Su-25 təyyarəsinin qəzaya uğramasıdır. Hadisə nəticəsində döyüş təyyarəsinin ekipaj üzvləri polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan həlak olublar.

Qəzanın səbəblərinin araşdırılmasının ləng getməsi zabitlərin yaxınlarının narazılığına səbəb olub. Sosial şəbəkələrdə təyyarənin qəzaya uğramasının texniki nasazlıq və istismara yararsız olması səbəbindən baş verdiyi barədə xəbərlər yayılıb.

Dekabrın 15 günü ərzində düşmən ordusunda qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölənlərin sayı 7, yaralananların sayı isə 10 nəfərdir.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 7 Yanvar 08:5430

    Əlaaaa xəbərdi Belə kökləri kəsilsə əlaaaaaa olar Dinazaurlarin saq əli bunlarin basina kökleri kesilsin.Amin !1 Dahi sexsiyyet bele deyib:Nə qədər ki, Ermenistan adli bir yer ve ondan emele gelen 1 mexluq varsa dunyada bu dunya hec vaxt duzelmeyecek.. Her olkede 1-i varsa bes edir.

    Cavab yaz
  • Anonim
    Tam Maxfi · 7 Yanvar 08:5500

    Bir birde hesabdandi.

    Cavab yaz
  • Anonim
    Nardaşa · 7 Yanvar 09:1030

    Bizim kənd o vaxt ermənilər yaşayan şaumyan kənd rayonuna çox yaxın idi və bizim onlarla çox gediş -gəlişlərimiz olurdu .Günlərin bir günü bir erməninin yas məclisində bizim qarılar ağı deyərkən bu ifadələri xüsusi intonasiya ilə ,zəngulə formasında deyiblər ;-təki həmişə ölənlər sizdən olsun ,ağlayanlar bizdən ,indi olların sözünün qüvvəti ;-təki qırılanlar onlar olsun ,sevinənlər biz !

    Cavab yaz
    • Anonim
      asi · 7 Yanvar 13:0510

      Nardaşa, siz hansı rayondansız??.. Belə bir hadisəni babam da həmişə danışırdı..Deyirdi o vaxtı ermənilərdən kimsə öləndə gəlib bizim məclisdə ağı deyən arvadları aparırmışlar..Onlar gedirmiş ağı deyəndə arada deyirmişlər ki, siz qırılın biz gələk. Biz bişirək, biz düşürək biz yeyək..)..

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.