Dünya

Gürcüstanda daha bir nəfər qripdən ölüb

6 Yanvar 2019 20:09
0 Şərh     Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Zuqdidi şəhər xəstəxanasında 24 yaşlı gənc qripdən ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, pasiyent Zuqdidi xəstəxanasına Mestia şəhərindən yanvarın 1-də çatdırılıb.

Gəncdə həftə ərzində qızdırma və kəskin tənəffüs çatışmazlığı müşahidə olunub.

Xəstəxanada həmin şəxsə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Bundan başqa onda digər xəstəliklərin də olduğu müəyyən olunub. O, bir neçə gün süni tənəffüs aparatına qoşulmuş halda olub.

Gəncin ölümünə H1N1 virusunun ("donuz qripi") səbəb olması laborator araşdırma zamanı müəyyən olunacaq.

Qeyd edək ki, qonşu ölkədə bu günə qədər "donuz qripi"ndən 8 nəfər ölüb. Ölkədə 100 min sakinə 277 qripə yoluxmuş şəxs düşür.

Xatırladaq ki, Gürcüstanda yayılan А(H1N1) - "Donuz qripi" virusu ilə əlaqədar Azərbaycanın qonşu ölkə ilə olan "Sınıq Körpü" gömrük sərhəd-buraxılış məntəqəsində profilaktik tədbirlər həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.