Dünya

“Jaguar Land Rover” 69 minə yaxın avtomobili geri çağırır

6 Yanvar 2019 17:20
0 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın tanınmış konserni "Jaguar Land Rover" Çin bazarında 68 min 828 avtomobili mühərrikdəki qüsurlara görə geri çağırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb.

Aprelin 5-dən başlanacaq geriçağırma prosesi 2009-2016-cı illərdə istehsal olunmuş "Discovery 4" və "Range Rover Sport" modellərindən olan avtomobilləri əhatə edəcək. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin mühərrikindəki diyircəkli val vaxtından əvvəl aşına və anidən sına bilər. Bu da öz növbəsində mühərrikin işini pozaraq təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.

İstehsalçı şirkət avtomobillərdəki həmin detalları yoxlayaraq ehtiyac olarsa öz hesabına dəyişəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.