Dünya

Əfqanıstanda qızıl mədəni uçdu: 40 ölü, 20 yaralı - YENİLƏNİB

6 Yanvar 2019 20:44
0 Şərh     Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:44

Əfqanıstanda qızıl mədəninin uçması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Pajhwok" agentliyi məlumat yayıb.

Hadisənin baş verdiyi Bədəhşan əyalətinin deputatının sözlərinə görə, 15 nəfərin həyatını xilas etmək mümkün olub. Lakin onlardan çoxu xəsarət alıb və vəziyyətləri ağırdır.

Məlumata görə, hadisə zamanı mədəndə 50-dən çox insan olub.

--------

18:18

Əfqanıstanın şimalında Bədəxşan vilayətində qızıl mədənində uçqun baş verib.

Milli.Az qafqazinfo-ya istinadən məlumatına görə, 30 şaxtaçı dünyasını dəyişib, 20-si yaralanıb. Torpaq altında başqa işçilərin də qaldığı istisna edilmir.

----------
17:14

Əfqanıstanda qızıl mədəninin uçması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə bazar günü "Tolo News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində daha 15 nəfər yaralanıb və hazırda onların vəziyyəti ağırdır.

Əraziyə xilasedicilər cəlb olunub. Torpaq altında mədənçilərin 

----------
15:30

Əfqanıstanın Bədəhşan əyalətində torpaq sürüşməsi nəticəsində 20-dən çox insan həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sinhua" məlumat yayıb.

Hadisənin təfərrüatları barədə, hələ ki, məlumat yoxdur.

Daha əvvəl Filippində leysan və torpaq sürüşməsi 120-dən çox sakinin həyatına son qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.