Dünya

Makron "sarı jiletlər"i danışıqlara çağırdı: "Hər kəs özünü ələ almalıdır"

6 Yanvar 2019 09:46
0 Şərh     Baxış: 1 250

Fransa prezidenti Emmanuel Makron "sarı jiletlər" hərəkatının etiraz aksiyaları zamanı zorakılığı pisləyib və etirazçıları danışıqlara çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransa prezidenti öz "Twitter" səhifəsində yazıb.

E.Makron bildirib: "Yenə hədsiz qəddarlıq ölkəmizin üzərinə düşüb - onun keşikçilərinin, nümayəndələrinin və simvollarının. Bu hərəkətləri edənlər bizim vətəndaş müqaviləmizin mahiyyətini unudurlar. Ədalət qalib gələcək. Müzakirəyə və dialoqa gəlmək üçün hər kəs özünü ələ almalıdır".

Qeyd edək ki, daha əvvəl bir qrup etirazçı nazirliyin həyətinə daxil olub və tikinti maşını ilə nazirliyin qapısını qırıblar. Etirazçılar nazirliyin həyətinə daxil olduqdan sonra Fransa hökümətinin rəsmi nümayəndəsi Benjamen Qrivo və digər əməkdaşlar hadisə yerindən təxliyə edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.