Dünya

Ermənistan əhalisinin sayı azalır

5 Yanvar 2019 21:38
0 Şərh     Baxış: 463

Ermənistan 2018-ci ili iqtisadi və demoqrafik problemlərlə başa vurub. Statistik hesablamalara görə, iqtisadi sahədə 10,3 faiz, kənd təsərrüfatı sahəsində 8,3 faiz azalma müşahidə olunub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında ixracat 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb. Əvəzində idxaldan asılılıq 24,2 artıb. Ermənistan Statistika Komitəsinin açıqladığı məlumata görə, xarici borc 7 milyard dollara çatıb. Bir il ərzində xarici borc 95 milyon dollar artıb. 2019-cu ilin sonuna kimi isə Ermənistanın dövlət borcu təxminən 7,5 milyard dollar təşkil edəcək. Bu barədə Ermənistan Maliyyə Nazirliyinin dövlət borclarının idarə olunması idarəsinin rəisi Arşaluys Marqaryan bildirib. O deyib ki, bu məbləğ hökumətin və Ermənistan Mərkəzi Bankının xarici və daxili borclarını əhatə edir.

Son bir ildə Ermənistan əhalisi 15 min nəfərə yaxın azalıb. BMT-də müəyyən edilmiş demoqrafik yaşlanma miqyasına görə, 65 və daha yuxarı yaşda əhalinin sayı 7 faizdən çox olarsa əhali yaşlanır. Ermənistanda bu rəqəm 2018-ci ildə ilin əvvəli ilə müqayisədə 11,6 faiz təşkil edir. Doğum sayı isə 4,2 faiz azalıb.

BMT-nin Dünya əhalisinin perspektivləri-2017 illik hesabatında qeyd olunub ki, demoqrafik göstəricilərin aşağı düşməsi səbəbindən yaxın gələcəkdə Ermənistan əhalisinin sayı 1 milyon 300 min nəfər azalacaq. Hazırda miqrasiya Ermənistanın ən ağrılı problemidir. Ölkəni tərk edənlər arasında gənclərin üstünlük təşkil etməsi isə təsadüfi deyil. İqtisadi problemlərlə yanaşı, onları narahat edən əsas məsələ ölkənin müharibə şəraitində olmasıdır. Gənclər özlərinə aid olmayan torpaqlar uğrunda ölmək istəmirlər.

Bundan əlavə, miqrasiya edən əhalinin çox hissəsi ali təhsilli, iş qabiliyyəti olanlardır. Məktəblərdə və universitetlərdə tələbələrin sayı ildən-ilə azalır. Cəmiyyətin pessimist əhvali-ruhiyyəsinin əsas səbəbi korrupsiya, ölkədə mövcud olan qanunsuzluqlar, demokratik dəyərlərin və insan hüquqlarının tapdalanması, işsizlik və yoxsulluq hallarıdır ki, bu da əhalinin başqa ölkələrə getməsinə səbəb olan başlıca amillərdir. Hazırda Ermənistanda hər 4 nəfərdən biri xaricdə yaşamağa məcburdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.