Dünya

Qəzzada İsrail əsgərləri ilə toqquşmalarda 20 fələstinli xəsarət alıb

5 Yanvar 2019 08:26
0 Şərh     Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzza sektoru sərhədində fələstinlilərlə İsrail ordusunun hərbçiləri arasında növbəti toqquşma baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə RİA "Novosti" Fələstinin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, etiraz aksiyası zamanı baş verən toqquşmada 20 fələstnli xəsarət alıb.

"İsrail işğalçıları 15 nəfəri güllələrlə yaralayıblar. Daha 5 feldşer qaz bombası nəticəsində xəsarət alıb", - deyə nazirlikdən bildirilib.

Daha əvvəl xəbər verilib ki, Qəzza sektoru boyunca İsrail hərbçiləri ilə toqquşmalarda həlak olan fələstinlilərin sayı 4 nəfərə çatıb. Məlumata görə, 18 yaşlı fələstinli aldığı yaralardan xəstəxanada vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.