Dünya

“Sarı jiletlilər” Makrona Ukraynadakı “narıncı inqilab”ı xatırlatdılar - Açıq məktub

4 Yanvar 2019 19:50
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sarı jiletlilər" etiraz hərəkatının nümayəndələri Facebook sosial şəbəkəsində Fransa prezidenti Emmanuel Makrona açıq məktub yazıblar.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, məktub "Fransa qəzəb içərisində" qrupu tərəfindən sosial şəbəkədə yerləşdirilib.

Paylaşımda qeyd olunub ki, məktub sabah Paris meriyası qarşısında, "sarı jiletlilər"in növbəti toplanışı zamanı oxunacaq: "Siz və sizin tərəfdaşlarınız kürsünüzdən insanlara tör-töküntü kimi baxmağa, onları dişsiz hesab etməyə davam etdikcə, qəzəb nifrətə çevriləcək.

Prezident Makron, Fransa xalqına indi qulaq asın və bəlkə də, biz daha sonra sizinlə Fransanın gələcəyini birgə qurarıq. Ukraynadakı "narıncı inqilab"ı xatırlayın. Özünüzü qanundan və Fransa xalqının iradəsindən yüksək tutmayın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.