Dünya

NASA bu asteroidi qeydə aldı

1 Yanvar 2019 23:51
0 Şərh     Baxış: 541

NASA-nın "Nyu Horizon" zondu Yerə ilk dəfə olaraq "Ultima Thule" asteroidinin görüntülərini göndərib.

Milli.Az axar.az-a istinadən bildirir ki, asteroid Yerdən 6.4 milyard kilometr uzaqlıqda yerləşir və oradan radiosiqnal 6 saat 8 dəqiqəyə gəlir.

Qeyd edək ki, bu asteroid "Nyu Horizon"un hədəfində olmayıb. Kosmik zond 2015-ci ildə Plutona çataraq, bu balaca planet və onun peykləri ilə bağlı çoxlu kəşflər etmişdi. Məhz bundan sonra alimlər onu Koyper Qurşağına tərəf göndərmişdilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.