Dünya

İran 3 milyon barrel neftini birjada satacaq

26 Dekabr 2018 22:20
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Neft Nazirliyi 3 milyon barrel xam nefti Tehran Enerji Birjasında satışa çıxarmağa hazırlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın neft naziri Bijən Namidar Zəncənə deyib. Nazir bildirib ki, 3 milyon barrel neftin Tehran Enerji Birjasında satılması üçün müvafiq orqanlarından lazımi icazələr alınıb: "Neftin birjada satışı gələn həftə həyata keçiriləcək. Üç milyon barrel neftin birjada rial ilə satışına dair bütün icazələr alınıb. İstəyə uyğun olaraq birjada neft satışı digər valyutalarla da təşkil ediləcək".

Xatırladaq ki, İranın Neft Nazirliyi tərəfindən ilk dəfə oktyabrın 28-də birjada satışa çıxarılan 1 milyon barrel neftin bir barreli üçün qiymət 79,15 dollar təyin olunmuşdu. Nazirlik ikinci dəfə noyabrın 11-də birjada satışa çıxardığı 700 min barrel neftin bir barrelini isə 64,97 dollara satmışdı. Bu iki satış 20 faiz rial və 80 faiz digər valyuta olmaqla ilə həyata keçirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.