Dünya

Telman İsmayılovu Avraam Russonun oğurlanmasında təqsirkar sayıldı

25 Dekabr 2018 08:48
6 Şərh     Baxış: 4 408

Rusiyanın İstintaq Komitəsinin müstəntiqləri müğənni Avraam Russonun 2004-ci ildə oğurlanması barədə cinayət işinin istintaqını başa çatdırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Rusiyanın İstintaq Komitəsi hesab edir ki, oğurluğu "Çerkizov" bazarının sabiq sahibi Telman İsmayılov iki nəfərin - Zaur Mərdanovun və Vladimir Qusakovun köməyi ilə təşkil edib.

Məlumata görə, bazarın keçmiş müdiri 2004-cü ilin yanvarında müğənnini "Praqa" restoranında aldadaraq, onu restoranın ikinci mərtəbəsindəki kabinetinə çağırıb və digər şəxslərlə birlikdə Avraam Russonu döyüb.

T. İsmayılov Avraam Russodan bütün konsertləri ləğv etməyi, onun şərtləri altında müqavilə imzalamağı tələb edib.

Bundan sonra iki nəfər müğənnini zorla avtomobilin arxa oturacağına əyləşdirərək, bazarın sabiq rəhbərinin Moskva yaxınlığındakı evinə gətiriblər və artisti bütün tələbləri yerinə yetirməyə razılıq verincə bir gün orada saxlayıblar.

İstintaq Komitəsi işlə bağlı kifayət qədər sübutların toplanıldığını bildirib. Cinayət işi Baş Prokurorluğa göndərilib.

Bildirilir ki, cinayətin digər iştirakçılarının işi ayrıca icraata ayrılıb, onların cinayət əməlləri ilə bağlı istintaq davam etdirilir. Həmçinin təqsirləndirilən sabiq bazar direktoru T.İsmayılovun və digər şəxslərin beynəlxalq axtarışı davam edir.

Qeyd edək ki, əməliyyatçılar 2016-ci ilin noyabrında biznesmenin qardaşı Rafiq İsmayılovu və Mehman Kərimovu saxlayıblar. Onlar qətl işində şübhəli bilinirlər. 2017-ci ildə iş adamına qarşı qətldə iştirak və qanunsuz silah dövriyyəsi ilə bağlı qiyabi ittiham irəli sürüb.

Daha əvvəl Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovu müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilərək iki ay müddətinə həbs edib.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Filantrop · 25 Dekabr 2018 09:0690

    Əslən Suriyadan olan ERMƏNİ İbraxam İpdciyan (Avram Russo) təbii ki,bir azərbaycanlı iş adamına qarşı canla-başla ifadə verəcək.... çünki bunların zatı qırıqdır.

    Cavab yaz
  • Anonim
    xanım · 25 Dekabr 2018 09:1540

    eliyibsə də yaxşı eliyib

    Cavab yaz
  • Anonim
    om · 25 Dekabr 2018 09:2901

    kimə lazımsan eeee......

    Cavab yaz
  • Anonim
    asi · 25 Dekabr 2018 09:4370

    Ermənini gətirib adam edəndə bilmirdi ki, bu it bir gün qayıdıb onun özünü tutacaq??...

    Cavab yaz
  • Anonim
    АLEKS❤ · 25 Dekabr 2018 10:3420

    Mən bunu Telman ismayılova qarşı hazırlanmış təxribat hesab edirəm.neçə müddətdirki prosesləri izləyirəm və qənaətim budurki Telman ismayılovu müflis edib yıxmaq üçün hazırlanmış planların tərkib hissələrindən biri də budur.bu işlərdə də mənfur iyrənc alçaq ermənilərin əli var.

    Cavab yaz
  • Anonim
    Ida · 25 Dekabr 2018 12:1410

    Sonuncu musahibesinde Telman dedi ki:"Men statusu,seviyyesi olan adamdan bele bir sey gorseydim,elbette lazim oldugu kimi cavab vererdim.Ancaq Avraam Russo kimdir ki?Mugennilik edib,qepik-qurusunu qazanir,sagligina qismet,qoy qazansin".Yeni hamisi qurama sohbetdir.Hemiseki kimi ruslar lazim olanda ermeni "kartini" ise salirlar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.